Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçilib
01:47 24 May 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Efiopiyanın sabiq səhiyyə naziri Tedros Adanom Qebreisus Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni baş direktor seçilib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu qərar Cenevrədə keçirilən 70-ci Ümumdünya Səhiyyə Assambleyasının iclasında qəbul olunub.
Bu barədə rəsmi olaraq plenar iclasda elan olunub.
Bildirilir ki, 51 yaşlı Tedros Adanom Qebreisus Eritreyanın paytaxtında və Londonda təhsil alıb, "İctimai səhiyyə" ixtisası üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. O, 2005-2012-ci illərdə Efiopiyanın Səhiyyə Nazirliyinə rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/umumdunya-sehiyye-teskilatina-yeni-bas-direktor-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR