Ağcabədidə traktor yanıb

Ağcabədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, rayonun Salmanbəyli kəndində vətəndaşa məxsus “T-28” markalı traktorunun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və traktor yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR