Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib

Cocuq Mərcanlıda tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar edilib
02:12 24 May 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 23-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.
"Report" agentliyə istinadən xəbər verir ki, Cocuq Mərcanlı kəndində gün ərzində 1 071 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina (TM-57) və 1 ədəd partlamamış hərbi sursat (PHS) (RQ-42 əl qumbarası) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 20 363 kv.m (2.04 ha) ərazi tam təmizlənib, 27 200 kv.m (2.72 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 47 563 kv.m (4.76 ha)).
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.










Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/cocuq-mercanlida-tank-eleyhine-mina-ve-partlamamis-herbi-sursat-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR