Pikedən "Real"a mesaj var

Pikedən "Real"a mesaj var
07:17 24 May 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın futbolçusu Jerar Pike Çempionlar Liqasının finalında "Yuventus" - "Real" oyunu öncəsi fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Turin təmsilçisinin "Real" qalib gələ biləcəyini deyib:

"Bir topa nəzarət etməklə "Santyaqo Bernabeu"da "Real"a qalib gəldik. Eyni zamanda rəqibə əks-hücumlar etməyə imkan verməməyə çalışdıq. Ancaq "Yuventus" başqa cür oynayacaq. Bu komanda müdafiədə çox güclüdür. Onlar bizimlə hər iki matçda bunu sübut etdilər. "Yuventus"a bir qol da vura bilmədik. Kyellini, Barzalyi, Bonuççi əla hazırlaşmışdılar".

Qeyd edək ki, "Yuventus" - "Real" görüşü iyunun 3-ü keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR