Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək
07:27 24 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək. "Report"un məlumatına görə, İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gələcək.
Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxacaq. Ümumilikdə isə iki komanda finallarda üst-üstə 16 dəfə iştirak edib. "Ayaks" 7 dəfə kuboka yiyələnibsə, "Mançester Yunayted"də bu göstərici 4 olub. "Qırmızı şeytanlar" bu dəfə qalib gəlsələr, ilk dəfə Avroliqanın baş mükafatını qazanacaqlar. Eyni zamanda bu komanda bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda sayılacaqlar. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır.
Qeyd edək ki, bugünkü oyun Mançesterdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin anımı məqsədilə 1 dəqiqəlik sükutla başlanacaq.
Avropa Liqası
Final
22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
Stokholm, "Friends Arena"

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-uzre-avropa-liqasinin-qalibi-mueyyenlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR