Dünya ölkələrində telefon zənglərinə müxtəlif cavablar verilir. Bəziləri "alo", "allo", "eşidirəm", "buyurun", "bəli" və s. cavablar verdiyi halda Yaponiyada telefon zənginə dəstəyi qaldıran şəxs ilk olaraq "mosi-mosi" deyir. Bu onlarda adətdir.

Publika.az sizə telefon zənglərinə qeyri-adi cavablar verilən 12 ölkənin siyahısını təqdim edir.

İtaliyada zəngə cavab vermək üçün dəstəyi qaldıran şəxs ilk olaraq "pronto" yəni "hazır" cavabını verir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Almaniyada dəstəyi qaldırdığın anda qarşı tərəfin kiminlə danışdığını bilməsi üçün özünü təqdim etməlisən. Məsələn, məktəb direktoru German Told.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Yaponiyada zənglərə "mosi-mosi" deyə cavab verirlir. Bu "mosimasu-mosimasu" sözünün ixtisar forması olub mənası isə "danışıram-danışıram" deməkdir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Yunanıstanda zəngə "parakalo" deyə cavab verirlər. Mənası "zəhmət olmasa buyurun" deməkdir. Bəli, yunanlar zənglərə məhz belə cavab verirlər.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Çinlilər telefon zənglərinə qısaca "vey" olaraq cavab verir. Mənası isə "danışırsız" deməkdir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Koreyada isə dəstəyi qaldıran şəxs "yebosee" sözü ilə cavab verir. Bu "yeqi posee" sözünün ixtisarıdır mənası isə "bura baxın" deməkdir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Hindistanlıların telefona cavab vermələri belə dini inanclarla bağlıdır. Belə ki, onlar zənglərə "ram-ram" deyə cavab verir. Bu müqəddəslərdən birinin adıdır. Mömin hindular bu salamlaşmadan çox tez-tez istifadə edirlər. Onlar inanır ki, bu cür salamlaşma neqativ enerjidən müdafiə edir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

İsraildə telefonlara "şalom" deyə cavab verilir. Deyilənə görə mənası "dəlisov dünya" deməkdir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

İspaniyada isə eyni anda bir neçə variant istifadə edilir. "diga" "digame" (danış mənasında) və "sí" (bəli mənasında).

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Serbiya və Çernoqoriyada telefon zənglərinə "molim" deyə cavab verilir. Heç kim heç kimə yalvarmır, sadəcə bu sözün onlarda mənası "xahiş edirəm/zəhmət olmasa buyurun" deməkdir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Meksikalılar zənglərə "bueno" sözüylə cavab verirlər. Mənası "yaxşı" deməkdir. Deyilənə görə tez-tez rabitədə yaranan problemlərdən sonra onlar zənglərə belə cavab verməyə başlayıblar.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Türkiyədə isə zənglərə nəzakətli şəkildə "efendim" deyə cavab verilir. Mənası "cənab/xanım"deməkdir. Bəzən isə dünyaca məşhur "alo" ifadəsi işlənir.

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

Könül Cəfərli