Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub

Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub
08:27 24 May 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın həyat yoldaşı yenidən onun əlini tutmaqdan imtina edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, insident Amerika təyyarəsi Roma şəhərinə eniş etdikdən sonra qeydə alınıb.
Kadrlardan görünür ki, ABŞ prezidenti həyat yoldaşının əlindən tutmaq istəyir. Lakin Melanya onun bu hərəkətinə məhəl qoymur və saçını düzəltməyə başlayır.
Bənzər hadisə bir gün əvvəl ər və arvadın İsrail səfəri zamanı da baş vermişdi. Həmin zaman qırmızı xalı üzərində hərəkət edən birinci ledi ərinin ona uzatdığı əlini vuraraq kənara itələmişdi.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/melanya-tramp-yeniden-erini-pis-veziyyetde-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR