Piyadanı maşın vuraraq öldürüb, sürücü qaçıb

Piyadanı maşın vuraraq öldürüb, sürücü qaçıb
08:52 24 May 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Qobu qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, naməlum markalı avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Kərimov Famil Şamxal oğlunu vurub.

F.Kərimov hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü məsuliyyətdən yayınmaq üçün avtomobili ilə hadisə yerindən uzaqlaşıb.

Abşeron Rayon Polis İdarəsində sürücünün şəxsiyyətinin müəyyənləşdirilməsi və onun məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış işlərinə başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/547702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR