"Expressbank"ın rəhbərliyinə yeni təyinatlar olacaq

"Expressbank"ın rəhbərliyinə yeni təyinatlar olacaq
09:07 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/  İyunun 26-da, saat 15:00-da "Expressbank" ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
Bu barədə "Report" Banka istinadən xəbər verir. 
Məlumata görə, yığıncaq "Expressbank"ın Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134 c ünvanındakı baş ofisində olacaq. Yığıncağın gündəliyinə Bankın Müşahidə Şurasına yeni üzvlərin seçilməsi məsələsi daxildir. 
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 25%-i Hikmət Xammədova, 17%-i Hafiz Seyidova, qalan 58%-i isə iki hüquqi şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/expressbank-in-rehberliyine-yeni-teyinatlar-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR