"Ayaks" "Mançester Yunayted"ə qarşı

"Ayaks" "Mançester Yunayted"ə qarşı
09:12 24 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, həlledici görüşdə "Ayaks" və "Mançester Yunayted" üz-üzə gələcək.

Hər iki komanda kuboku başı üzərinə qaldırmaq, eyni zamanda Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq arzusundadı. Bu görüş "Ayaks" və "Mançester Yunayted" arasında 5-ci duel olacaq. Hər komandanın iki qələbə qazandığı 4 matçda "Mançester Yunayted" iki dəfə mərhələ adlayıb.
 
Qarşılaşma öncəsi hər iki komandanın heyətlə bağlı problemləri var. Hollandiyalıların çalışdırıcısı Peter Bos iki futbolçunun xidmətindən məhrumdu. O, zədəli Deyli Sinkqraven və yarımfinalda qırmızı vərəqə alan Nik Virqeverə güvənə bilməyəcək. Mançesterlilərin "sükanı arxası"nda olan Joze Mourinyonun da problemləri başından aşır. Roxo, Şou, Yanq, və İbrahimoviçin zədəli olması İngiltərə klubunun işini çətinləşdirir. Bayi isə qırmızı vərəqə aldığından, cəzalı durumdadı.
 
Avropa Liqası
Final
24 may

22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Damir Skomina
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan
Əlavə hakim köməkçiləri: Matey Yuq, Slavko Vinçiç
Hakimin ehtiyat köməkçisi: Tomaş Klançnik (hamısı Sloveniya)
Dördüncü hakim: Canluka Roççi (İtaliya)
Stokholm. "Frends Park" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR