""Real" rəsmiləri "Yuventus"dan qorxurlar"

""Real" rəsmiləri "Yuventus"dan qorxurlar"
09:17 24 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus" və "Real"ın sabiq baş məşqçisi Fabio Kapello bu 2 klub arasında iyunun 3-də keçiriləcək Çempionlar Liqasının finalı haqda danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubunun hücum xəttinin güclü olduğunu vurğulayıb: 

""Real" rəsmiləri "Yuventus"dan qorxurlar. Onlar məndən Alleqrinin komandasının niyə az qol buraxması haqda soruşublar. 

Onlara da dedim, bu final 2 eynisəviyyəli komandanın iştirakı ilə baş tutacaq. Bəlkə də hücum xəttinə görə "Real" bir qədər üstündür. Çünki Ronaldu hazırda dünyanın ən yaxşı futbolçusudur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR