Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib
09:17 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Azərbaycanda "Formula 1" yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib. 
"Report"un məlumatına görə, müraciətdə bildirilir ki, bu gün gecə saatlarına qədər Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq. 
Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-seher-halqasi-paytaxt-sakinlerine-muraciet-edib-01010101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR