Almaniyalı deputatların Türkiyə səfəri ləğv edildi

Almaniyalı deputatların Türkiyə səfəri ləğv edildi
09:23 24 May 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Ərdoğanın rəsmi görüşləri ani qərarla ləğv etməsinin ardından indi də Almaniyanın Federal Parlamentinin sədr müavini Klaudiya Rot gözlənilmədən Türkiyə səfərini ləğv edib.

Publika.az xəbər verir ki, Klaudiya Rotun rəhbərliyi altında almaniyalı diplomatların Türkiyəyə səfəri gözlənilirdi. Səfər çərçivəsində 3 deputat Ankara, Diyarbəkir və İstanbulda görüşlər keçirməyi düşünürdü.

Səfərin hansı səbəbdən ləğv olunması haqqında rəsmi açıqlama verilməyib.

Almaniyalı deputatların 25-28 may tarixləri arasında referendumun nəticələrini, daxili siyasi prosesləri və Türkiyə və Aİ arasındakı münasibətləri müzakirə edəcəyi gözlənilirdi.

Bundan əlavə, iqtidar və müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, insan haqları təşkilatlarının nümayəndələri ilə görüşlər də planlaşdırılırdı.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR