Elmar Məmmədyarov Nyu-Yorka gedib

Elmar Məmmədyarov Nyu-Yorka gedib
09:29 24 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

XİN-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər əsnasında E.Məmmədyarovun BMT-nin rəhbərliyi ilə görüşləri, Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi və Respublika günü ilə əlaqədar Nyu-Yorkda keçiriləcək rəsmi mərasimlərdə iştirakı nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2758440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR