Kann festivalı münasibətilə atəşfəşanlıq təxirə salındı - SƏBƏB?

Kann festivalı münasibətilə atəşfəşanlıq təxirə salındı - SƏBƏB?
09:36 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən gün Fransanın Kann şəhərində 70-ci beynəlxalq kino festivalı münasibətilə təşkil edilən atəşfəşanlıq ləğv edlib. Trend-in məlumatına görə, festival təşkilatçıları belə bir qərarı Mançesterdə baş vermiş terror aktına görə qəbul ediblər.

Atəşfəşanlığın ləğv edilməsi barədə məlumat yayan təşkilat komitəsi Mançesterdəki terror hadisəsindən sonra kino festivalın təşkilində təhlükəsizlik məsələlərində nəsə dəyişiklik edilib-edilməməsi barədə əlavə məlumat verməyib. Bununla belə kino festivalın təşkilatçıları bildiriblər ki, festivala qatılanlar tam arxayın ola bilərlər, festivalla bağlı bütün təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə qurulub.

Qeyd edək ki, tədbirin açılış mərasimində Mançester terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2758367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR