Ana 8 yaşlı qızının ölümündən xəbərsizdir - Mançester faciəsi - FOTO

Ana 8 yaşlı qızının ölümündən xəbərsizdir - Mançester faciəsi - FOTO
09:42 24 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

May ayının 22-də məşhur amerikalı müğənni Ariana Qrandenin Mançester şəhərindəki konserti faciə ilə bitib.

Milli.Az "Dailymail"ə istinadla bildirir ki, konsert bitəndə "Mançester Arena" stadionunun foyesində güclü partlayış olub. Partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Ölənlərin əksəriyyəti uşaq və yeniyetmələrdir.

Partlayışın terror olduğu təsdiqlənib. İŞİD terakta görə məsuliyyəti öz üzərinə götürüb.

Britaniya mediası faciə qurbanlarının şəkillərini əldə edib. 

Ölənlər arasında 8 yaşlı uşaq da var. Saffie Rose Roussos adlı qız terrorun ən azyaşlı qurbanıdır. Onun anası ağır yaralı olduğuna görə qızının ölümündən xəbərsizdir.

Ölənlərdən biri isə orta yaşlı qadındır. O, bacısı qızını qorumaq üçün özünü qurban verib.

Olivia Campbell adlı yeniyetmənin ən böyük arzusu məşhur olmaq idi. Lakin o, terrorda həlak olub.

İki orta yaşlı qadın isə uşaqlarını gözləyərkən partlayışda həyatını itirib.

Milli.Az qurbanların şəkillərini təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR