Çində kömür mədənini su basdı

Çində kömür mədənini su basması nəticəsində qapalı vəziyyətdə qalan 11 nəfərdən 6-sı həyatını itirib.

Metbuat.az bildirir ki, ölkənin şimalındakı Şanşi əyalətində "Shanxi Meiji Energy Co. Ltd." firmasına aid kömür mədənində yaşanan hadisə ilə əlaqədar axtarış-xilasetmə işləri yekunlaşıb. Tapılan 6 cəsəd aidiyyatı üzrə təhvil verilib. 5 nəfər isə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaq işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR