İtaliya KİV: "Qarabağ" 900 min avroya italiyalı hücumçu alır

İtaliya KİV: "Qarabağ" 900 min avroya italiyalı hücumçu alır
09:47 24 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ "Qarabağ" klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. "Report"un "Tuttomercatoweb" nəşrinə istinadən verdiyi məlumata görə, bu, hazırda İtaliya B Seriyasında "Trapani" komandasında çıxış edən hücumçu Nikola Çitrodur.
"Fişano Messisi" ləqəbli Çitroya 3 illik müqavilə və ildə 900 min avro əmək haqqı təklif olunub. 29 yaşlı forvardı A Seriyasına yüksəlməyə yaxın olan "Benevento" da istəyir. Lakin futbolçunun özü "Qarabağ"ın cəlbedici təklifinə müsbət yanaşır.
Qeyd edək ki, Nikola Çitro 2016/2017 mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb, 1 matçda isə meydandan qovulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-ki-v-qarabag-900-min-avroya-italiyali-hucumcu-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR