Aydın Səfixanlı: Azərbaycan idman ölkəsi olduğunu bir daha sübut etdi

Aydın Səfixanlı: Azərbaycan idman ölkəsi olduğunu bir daha sübut etdi
09:50 24 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanaraq islam ölkələri sırasında birinci yer qazanan Azərbaycan idman ölkəsi olduğunu, idmana və ümumilikdə sağlam gələcəyimizə verilən dövlət dəstəyinin real nəticələr verdiyini bir daha sübut etmiş oldu.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Azərbaycanın uzun əsrlərdir ki, İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu deyən A.Səfixanlı qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü kimi İslam aləmi ilə qarşılıqlı, faydalı münasibətlər quraraq qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etməkdədir. Eyni zamanda, ölkəmiz multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, tolerantlıq mühitinin və islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verməkdədir:

“IV İslam Həmrəyliyi Oyunlarının Bakıda yüksək səviyyədə təşkili və həyata keçirilməsi ilə ölkəmiz İslam həmrəylinin möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə mühüm töhfə verdi. Digər mötəbər oyunlar və tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunması ölkəmizi artıq bu kimi tədbirlərin keçirilməsində müsbət təcrübə mərkəzinə çevirdi”.

Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR