"Playboy"-un yeni üzü TÜRK GÖZƏLİ oldu

"Playboy"-un yeni üzü TÜRK GÖZƏLİ oldu
09:53 24 May 2017
193 Şou
Ölkə mətbuatı
A- A+

Sosial medianın yeni fenomeninə çevrilən Elif Polad sosial şəbəkələrədə paylaşdığı şəkillərlə gündəm olub.

Cazibədar türk gözəli modellik fəaliyyətinin zirvəsinə çatıb. 2015-ci ildə "Playboy" kişi jurnalının Slovakiya nəşrinin üz qabığına çəkilən model, 2016-cı ildə Meksika nəşrinin üz qabığını bəzəyib.

Publika.az xəbər verir ki, 29 yaşlı Türk gözəlinin hədəfi Amerikanın "Playboy" jurnalının üz qabığına çəkilməkdir.

Əslən livanlı olan Elif Polad 15 dekabr 1988-ci ildə Türkiyənin Diyarbəkir bölgəsində dünyaya gəlib. 16 yaşına qədər baletlə məşğul olan Elif tələbəlik illərindən model fəaliyyətinə başlayıb.

Instaqram sosial şəbəkəsində 223 mindən çox izləyicisi olan model paylaşdığı fotolarla dünya mediasının diqqətini çəkib.

Elif gələcəkdə özünü aktrisa kimi sınamaq istədiyini də deyib.

Həmin fotoları təqdim edirik:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199948.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR