Yerkökü bir çox xəstəliklərin dərmanıdır

Yerkökü şəkər xəstələri üçün təhlükəli olsa da, bir çox xəstəliyə faydalıdır.

Metbuat.az xəbər verir ki, yerkökü saç tökülməsinin qarşısını alır, saçı daha da canlandırır. Dəri və sümük sağlamlığı üçün faydalıdır. İnsan bədənindəki hüceyrələrin yenilənməsində rol oynayır.

Yerkökü həmçinin ürək-damar sistemi üçün də xeyirlidir. Tərkibi kalium elementi ilə zəngindir. Bu element isə ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.

Yerkökü sellülozla zəngindir və bu səbəbdən mədə-bağırsaq sistemi üçün çox xeyirlidir. Sellüloz həm mədə-bağırsaq sistemini yaxşı təmizləyir, həm də burada xeyirli mikrofloranın əmələ gəlməsinə kömək edir (sellüloz xeyirli bağırsaq mikroflorası üçün qidadır).

Yerkökü A vitamini və beta-karoten ilə zəngin olduğu üçün başda xərçəng olmaqla bir çox xəstəlik üçün şəfa qaynağıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR