Tanışını güllələdi - BAKIDA

Tanışını güllələdi - BAKIDA
10:08 24 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda silahlı insident olub.

Hadisə ötən gecə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədi ilə güllələyib. Nəticədə, ağır yaralanan T. Dadaşov xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində R.Rəhimov tutulub. Ondan hadisədə istifadə etdiyi kustar üsulla hazırlanmış silah götürülüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR