Bakıda bu küçə təmir olunur – VİDEO

Bakıda bu küçə təmir olunur – VİDEO
10:09 24 May 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün aparılan kompleks tədbirlər çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Lent.az-ın Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin saytına istinadən verdiyi məlumata görə, texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə həyata keçirilən işlər küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1.9 km-lik hissəsində aparılır. Təmir-tikinti işləri aparılan yolun 1.4 km-lik hissəsində yolun hərəkət hissəsinin eni genişləndirilərək 9 metr, qalan 500 m-lik hissədə isə 12 metr təşkil edəcək.

 

Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1.5 m enində piyada səkiləri inşa edilib. Piyada səkisinin salınması üçün 5000 p/m səki daşından istifadə edilib. Asfaltlanma işləri zamanı piyada səkilərinin hərəkət hissəsinə də asfalt-beton örtüyün salınması nəzərdə tutulub. Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınacaq,  15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunacaq,  yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulacaq, həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılacaq.

 

Qeyd edək ki, təmir-tikinti işləri tamami ilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yol göstərci xətlərinin şəklişi işləri aparılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275288

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR