"Qarabağ"dan şok transfer: 2,7 milyona hücumçu alır

"Qarabağ"dan şok transfer:   2,7 milyona hücumçu alır
10:17 24 May 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" İtaliyadan hücumçu transfer edir. Fanat.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, "Qarabağ" B Seriyasında çıxış edən "Trapani" klubunun formasını geyinən Nikola Citronu heyətinə qatır. İddia olunur ki, Azərbaycan çempionu "Fisano Messisi" ləqəbli futbolçuya 3 illik müqavilə və hər il üçün 900 min avro təklif edib. Bu isə onun ölkəmizdə 3 ildə 2,7 milyon avro qazanması deməkdi. Citronun "Qarabağ"ın təklifinə müsbət yanaşdığı deyilir.

Qeyd edək ki, 27 yaşlı italyan forvard bundan əvvəl İtaliyanın "Sanseverinese", "Ebolitana", "Valle Qresanisa", "Messina" və "Marçianise" klublarında çıxış edib. "Transfermarkt"ın 800 min avro qiymət qoyduğu Çitro cari mövsümdə 30 rəsmi oyuna çıxıb və 5 qol vurub.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotdan-ok-transfer-t58298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR