İngiltərə bu qadından danışır - Terror zamanı qaçan uşaqları... - FOTO

İngiltərə bu qadından danışır - Terror zamanı qaçan uşaqları... - FOTO
10:17 24 May 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərə mediası Mançesterdə baş verən partlayış sonrası yaranan qarmaqarışıqlıqda uşaqları bir-bir hadisə yerindən uzaqlaşdıraraq ailələrinə təhvil verən Paula Robinsondan danışır.

48 yaşlı Paula Robinson konsertdən sonra ortalıqda qalan uşaqlara sahib çıxıb.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, təxminən 50 uşağı konsert keçirilən ərazidən uzaqlaşıran qadın sosial şəbəkədə çağırış edərək uşaqları ailələrinə təhvil verib.
Partlayış zamanı "Mançester Arena"nın yaxınlığında qatar stansiyasında olan Paula Robinson (48) konsert salonundan qaçışan uşaqlardan əllisini sakitləşdirib ətrafdakı bir hotelə aparıb.

Qeyd edək ki, İngiltərədəki terror hücumunda həyatını itirdiyi açıqlanan ilk şəxs 16 yaşlı Ceorcina Kallender olub. Kallender pop ulduz Qrandanın iki il əvvəlki konsertinə də gedərək, məşhur ulduzla foto da çəkdiribmiş.

Xatırladaq ki, Mançeterdəki partlayış nəticəsində 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR