Bu yaxınlarda qız anası olan İrina Şeyk 70-ci Kann Kinofestivalında iştirak edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sevilən kino ulduzu Bredli Kuperlə sevgili olan rusiyalı model yapon rejissoru Naomi Kavasenin "Nur" (Hikari/Radiance) filminin təqdimatında göz oxşayıb.
Bütün diqqətləri öz üzərinə toplayan model festival üçün “Versace” moda evindən sarı, transparan əlbisə seçib. Model çoxsaylı fotokameralar qarşısında kristallarla bəzədilmiş yüngül sarı paltarı ilə poza verib.
Doğuşdan cəmi iki ay keçməsinə baxmayaraq, İrina Şeyk ideal bədən quruluşu və cəsarətli dekoltesi ilə diqqət çəkib.
Aytən