Bolqarıstanda təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçını keçirib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Faiq Qarayevin yetirmələri ev sahiblərinin yığması ilə üz-üzə gəliblər.
Matç İslamiadanın qalibi üçün məğlubiyyətlə başa çatıb. Voleybolçularımız Bolqarıstana 0:3 (23:25, 20:25, 22:25) hesabı ilə məğlub olublar.
Qeyd edək ki, yığmalar arasında növbəti sınaq görüşü də baş tutacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində