Bakı. 24 may. REPORT.AZ/ Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov Ukraynanın paytaxtı Kiyevdə işgüzar səfərdədir.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tərlan Rəsulov Avropa Birliyinin Şərqi Avropa ölkələrinin mədəniyyət üzrə əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək “Creativ Europe” proqramında iştirak etmək üçün dəvət alıb.
25-26 may tarixlərində baş tutacaq layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə məsləhətçi kimi dəvət olunan T.Rəsulov Ukraynadan təqdim edilmiş layihələrin seçilməsində və formalaşdırılmasında iştirak edib.
Layihə çərçivəsində Yuğ teatrı ilə Ukrayna teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasına yönəlmiş bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.