1 qutu siqaretə görə mağazanı soyan yaxalandı

1 qutu siqaretə görə mağazanı soyan yaxalandı
07:49 8 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Binəqədi polisi rayon ərazisindəki mağazadan quldurluq edən şəxsi saxlayıb.

 

Lent.az-ın məlumatına görə, rayon polis idarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkumluq həyatı yaşamış Nazim Manafov tutularaq polis şöbəsinə gətirilib. İlkin dindirilmə zamanı etdiyi əməli boynuna alan Nazim Manafov  sərxoş olduğunu və 1 qutu siqaretə görə mağazanı soyduğunu bildirib.

 

Məlum olub ki, o, Əşrəf Hüseynova məxsus mağazaya girərək oradan 150 manat nağd pul, tütün məmulatları, danışıq kartları və ərzaq məhsullarını götürərək qaçıb.

 

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Fərahim Qasımov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189710

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR