Qırğızıstanın paytaxtı Bişkekin mərkəzində əldəqayırma partlayıcı qurğunun mulyajı aşkar edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında şəhər milisinin növbətçi hissəsinə Milli Filarmoniyanın yaxınlığında şübhəli əşya olması ilə bağlı anonim zəng daxil olub.
Əraziyə cəlb edilən Daxili İşlər Nazirliyi və Dövlət Komitəsinin əməkdaşları "şübhəli qutu"nu tapıblar. Partlayıcı qurğunun mulyajı zərərsizləşdirilib.
Araşdırma davam edir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində