Ermənistan böyük müharibə HAZIRLIĞINA BAŞLADI: Akopyan 3 hədəf üçün HƏRƏKƏTƏ KEÇDİ

Ermənistan böyük müharibə HAZIRLIĞINA BAŞLADI: Akopyan 3 hədəf üçün HƏRƏKƏTƏ KEÇDİ
10:53 24 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Dünən Ermənistanın Müdafiə Nazirliyində ordu intizamının möhkəmləndirilməsi və döyüş növbəsinin təşkilində keyfiyyətin artırılmasına həsr olunmuş müşavirə keçirilib.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, müşavirə yeni təyin olunmuş Baş qərargah rəisi Movses Akopyanın rəhbərliyi ilə baş tutub.

Ermənistan mediası bu müşavirə ilə bağlı üç versiyanı gündəmə gətirib:

Birincisi, A.Movses yeni postuna gələn kimi vəziyyəti nəzarətə alır.
İkincisi, erməni hərbi birləşmələrinin Qarabağda hər gün verdiyi itkilər hərbi xidmətdə boşluqların olduğunu ortaya çıxarıb.
Üçüncüsü, Ermənistan müharibəyə hazırlaşır.

Sonuncu variantı “lragir” saytı da irəli sürüb və qeyd edir ki, Ermənistan ordusunda ciddi hazırlıqlar aparılır.

“Bu, cəbhədə verilən itkilərlə bağlıdır, amma həm də orduda yeni müharibə hazırlığından da söhbət gedir”, - deyə sayt bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199962.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR