DİN-in baş idarəsinə yeni rəis müavini təyin olunub

DİN-in baş idarəsinə yeni rəis müavini təyin olunub
10:57 24 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni təyinat olub.
“Report”un xəbərinə görə, polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əvvəlki rəis müavini Teymur Hacıyev vəzifəsindən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/di-n-in-bas-idaresine-yeni-reis-muavini-teyin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR