Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub

Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub
10:57 24 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub. “Report”un məlumatına görə, hadisə aşağı liqa təmsilçiləri “Paris”lə “Orlean” arasında keçirilən görüşdə baş verib.
Qarşılaşmanın 32-ci dəqiqəsində qonaqlar oyundankənar vəziyyətdən hesabı açsalar da, yan xətt hakimi qayda pozuntusunu qeydə almayıb. Lakin referi videogörüntülərə baxan köməkçisinin məlumatından sonra qolu ləğv edib. Buna rəğmən, “Orlean” səfər matçında 1:0 hesabı ilə qalib gəlməyə müvəffəq olub.
Qeyd edək ki, “Paris” Fransanın səviyyəcə 3-cü sayılan Milli Liqasında 3-cü yeri tutub və Liqa 2-də 18-ci olan “Orlean”la "pley-off"da qarşılaşmaq hüququ qazanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fransada-futbol-matci-zamani-videotekrara-baxisdan-sonra-qol-legv-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR