Stalinin məşhur nəvəsi ÖLDÜ - FOTO

Stalinin məşhur nəvəsi ÖLDÜ - FOTO
11:08 24 May 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

SSRİ rəhbəri İosif Stalinin nəvəsi Aleksandr Burdonski vəfat edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Aleksandr Stalinin oğlu Vasili Stalinin böyük oğlu idi. O, uzun illər Sovet Ordusu Teatrında çalışıb və bir çox tamaşalar hazırlayıb.

Aleksandr Burdonski 1941-ci il 14 oktyabrda hazırkı Samara şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra teatr kurslarında təcrübə keçib.

Sovet Ordusu Teatrında rəhbərliyi zamanı 1985-ci ildə Əməkdar incəsənət xadimi, 1996-cı ildə isə Xalq artisti adını alıb.

Xatırladaq ki, ötən ilin dekabrında Stalinin Yevgeniy Cuqaşvili adlı daha bir nəvəsi dünyasını dəyişmişdi. Onu evinin önündə ölü halda tapmışdılar.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR