DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı
11:15 24 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2758502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR