AMEA-nın yeni üzvlərinə diplom­lar təqdim olunub

AMEA-nın yeni üzvlərinə diplom­lar təqdim olunub
11:15 24 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elml­ər Akademiyası Rəy­asət Heyətinin iclası­nda AMEA-nın yeni seç­ilmiş 16 həqiqi və 25­ müxbir üzvünə diplom­lar təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış ­edən AMEA-nın prezide­nti Akif Əlizadə yeni­ üzvləri təbrik edərək onlara elmi fəaliyy­ətləri sahəsində dövlət ­siyasətinin əsas prin­sip, məqsəd və priori­tetlərinin həyata keçirilməsində uğurlar d­iləyib, onları Azərbaycan el­minin davamlı inkişaf­ naminə səfərbər olma­ğa çağırıb.

Sonra AMEA prezident­i Akademiyanın yeni ü­zvlərinə diplom, üzər­ində Nizami Gəncəvini­n şəkli həkk olunmuş ­döş nişanı və vəsiqələr­i təqdim edib.

Bundan əlavə, "Magistr 2017" müsabiqəsinin 8 qalibinə də mükafatlar təqdim edilib. Müsabiqədə iştirak etmək üçün AMEA-nın 45 magistrantı sənədlərini təqdim edib. Seçim zamanı tələbələrin magistraturaya qəbul imtahanında topladığı ballar, onların imtahan sessiyalarında qazandıqları və ümumi orta müvəffəqiyyət göstəriciləri, yerli və xarici jurnallarda nəşr olunmuş elmi məqalələr, təcrübəkeçmə, konfrans və ictimai tədbirlərdə iştirak nəzərə alınıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR