"Baku Shopping Festival"in hesabına bəzi mağazalarda satış həcmi 3 dəfə artıb

"Baku Shopping Festival"in hesabına bəzi mağazalarda satış həcmi 3 dəfə artıb
11:17 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Bakıdakı festival aylığı ərzində alıcılar 30-70% arası endirimlərdən və satış kampaniyalarından faydalanıblar. 
"Report" xəbər verir ki, bunu "Baku Shopping Festival"ın yekunlarına həsr olunmuş konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Onun sözlərinə görə, festival dövründə müxtəlif mağazalarda satış həcmləri müxtəlif səviyyələrdə artıb:
"Premium geyim mağazalarında satış 15%-ə qədər, kütləvi brendlər satılan mağazalardan 46%, elektronika və məişət avadanlıqları satılan mağazalarda isə satış 3 dəfəyə qədər artıb. Festivalla bağlı 54 ölkənin müxtəlif KİV-ində məlumat yayılıb".

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/baku-shopping-festival-in-hesabina-bezi-magazalarda-satis-hecmi-3-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR