Biznesmendən seksual xanımına FANTASTİK HƏDİYYƏ - FOTOLAR

Biznesmendən seksual xanımına FANTASTİK HƏDİYYƏ - FOTOLAR
11:18 24 May 2017
138 Şou
Ölkə mətbuatı
A- A+

Səxavətli oliqarx Aleksey Şapovalov həyat yoldaşı Kseniya Çariçinaya bahalı zinət əşyası hədiyyə edib.

Publika.az Rusiya mətbuatna istinadən xəbər verir ki, biznesmen gözəl həyat yoldaşının hər arzusunu dərhal yerinə yetirir, bütün pullarını onun üçün xərcləyir. Belə ki, A.Şapovalov evliliklərinin beşinci ildönümü münasibətilə seksual həyat yoldaşına yetmiş karatlıq brilyant üzük hədiyyə edib. Üzüyün dəyəri təxminən on milyon dollardır. Oliqarx xanımı yeni üzüyünün şəkillərini sosial şəbəkədə paylaşaraq əri ilə fəxr etdiyini qeyd edib.

70 karatlıq brilyant üzük iş adamının yeganə hədiyyəsi deyil. Samaralı iş adamı bir neçə il əvvəl model sevgilisi Kseniya Çariçinaya otuz karatlıq üzük hədiyyə etmişdi. Ümumiyyətlə, Aleksey sevimli qadını üçün hər şeyi etməyə, hətta bütün sərvətini seksual gözəlin ayaqları altına sərməyə hazırdır. Məsələn, Kseniya "Bentley" avtomobili sürür, ən yaxşı dizaynerlərin paltarlarını geyinir və heç nəyi özünə əsirgəmir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/199963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR