Mançester faciəsi necə baş verdi? - Sxemli izah - FOTO

Mançester faciəsi necə baş verdi? - Sxemli izah - FOTO
11:22 24 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Təxminən saat 22:30 idi. Ariana Qrande sonuncu xahiş edilən mahnısını oxuduqdan sonra səhnəni tərk edib. İşiqlar yanandan sonra fanatlar çıxışlara doğru hərəkət ediblər.

Milli.Az "The New-York Times"-a istinadla bildirir ki, evdə hazırlanan bomba Mançester Viktoriya dəmiryol stansiyası ilə Mançester Arena stadionunun arasındakı ərazidə partladılıb. Partlayış törədilən zaman valideynlərin çoxu stansiyada uşaqlarını gözləyirmiş.

Partayış arenanı silkələyib və sağ qalan insanlar dəhşət və qorxu içərisində qaçışıblar. Hadisə ilə bağlı polisə ilk zəng 22:33-də daxil olub.

Polislər və həkimlər əraziyə gəldikdə onlar şoka düşən insanları sakitləşdirməyə çalışıb, yaralılara yardım ediblər.

Qeyd edək ki, may ayının 22-də Mançesterdə baş verən terrorda 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Partlayışa görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR