“Qarabağ” İtaliyanın “Messisi”ni alır: əməkhaqqı 900 min avro

“Qarabağ” İtaliyanın “Messisi”ni alır: əməkhaqqı 900 min avro
11:24 24 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

“Qarabağ” klubunun transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib.

Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, bu barədə İtaliyanın “Tuttomercatoweb” nəşri xəbər yayıb. Məlumata görə, bu, hazırda İtaliya B Seriyasında “Trapani” komandasında çıxış edən hücumçu Nikola Çitrodur. 

“Fişano Messisi” ləqəbli Çitroya 3 illik müqavilə üçün 900 min avro əmək haqqı təklif olunub. 29 yaşlı forvardı A Seriyasına yüksəlməyə yaxın olan “Benevento” da istəyir. Lakin futbolçunun özü "Qarabağ"ın cəlbedici təklifinə müsbət yanaşır. 

Qeyd edək ki, Nikola Çitro 2016/2017 mövsümündə 5 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2 dəfə sarı vərəqə ilə cəzalandırılıb, 1 matçda isə meydandan qovulub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR