Dövlət vergi ödəyicilərinin büdcə daxilolmalarında SOCAR-ın payı 66%-ə çatıb

Dövlət vergi ödəyicilərinin büdcə daxilolmalarında SOCAR-ın payı 66%-ə çatıb
11:27 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Ötən il dövlət mülkiyyətində olan vergi ödəyicilərinin büdcə daxilolmalarının 65,6%-ni Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ödənilən vergi və digər icbari ödənişlər təşkil edib.
"Report" bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
Hesabata əsasən, bu mənbə üzrə müəyyən edilmiş 1 240,0 mlrd. manat məbləğində proqnoz 101,0% səviyyəsində icra olunaraq dövlət büdcəsinə 1 252,393 mln. manat məbləğində vəsait ödənilib.
Hesabat dövründə ümumilikdə şirkət üzrə dövlət büdcəsinə olan borcların həcmi 60,2 min manat və ya 88% azalaraq 8,2 min manat ("Azəriqaz" üzrə) olub. Artıqödəmənin həcmi isə 10,815 mln. manat və ya 7,6% artaraq 153,477 mln. manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-vergi-odeyicilerinin-budce-daxilolmalarinda-socar-in-payi-66-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR