Əbülfəs Qarayev: "İştirakçıların 98%-i şopinq festivaldan məmnun qalıb"

Əbülfəs Qarayev: "İştirakçıların 98%-i şopinq festivaldan məmnun qalıb"
11:27 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ "Biz ehtimal edirdik ki, şopinq festivalları çərçivəsində büdcəyə 40-50 mln. manat vəsait daxil olacaq". "Report" xəbər verir ki, bunu Bakı Ticarət Festivalının yekunlarına həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, festivalın təşkili üçün büdcədən 700 min manat xərclənib: "Büdcədən xərclənən vəsaitlər heç 1 mln. manatı ötməyib, amma festival çərçivəsində dövlət büdcəsinə 6 dəfədən çox vəsait büdcəyə qayıdıb. Apardığımız sorğu aşkarladı ki, 98% iştirakçı festivaldan məmnundur".
Qeyd edək ki, növbəti şopinq festivalının bu ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/ebulfes-qarayev-i-stirakcilarin-98-i-sopinq-festivalindan-memnun-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR