Bakı Şopinq Festivalında 1,8 milyon manat ƏDV müştərilərə qaytarılıb

Bakı Şopinq Festivalında 1,8 milyon manat ƏDV müştərilərə qaytarılıb
11:29 24 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Birinci Bakı Şopinq Festivalı çərçivəsində 1,8 milyon manat dəyərində ƏDV müştərilərə qaytarılıb.

Trend-in məlumatına görə, bunu festivalın yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O, şopinq festivalın iştirakçıları barədə məlumat verib:

“Birinci festivalda 205 mağaza iştirak edib. Onlardan 172-i ƏDV-nin qaytarılması proqramının iştirakçısı olub. “Tax free” sistemi çərçivəsində ümumi dövriyyəsi 18,17 milyon manat təşkil etmiş 23 242 hesab faktura təqdim edilib”.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilib. Növbəti festivalın keçirilməsi 2017-ci ilin sonuna nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2758517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR