ATƏT cəbhə xəttində monitorinq keçirəcək

ATƏT cəbhə xəttində monitorinq keçirəcək
11:29 24 May 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, may 25-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
 
Müdafiə Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
 
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirməlidir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR