Ərdoğan Azərbaycanla birgə gömrük komitəsinin yaradılması haqqında sənədi təsdiq etdi

Ərdoğan Azərbaycanla birgə gömrük komitəsinin yaradılması haqqında sənədi təsdiq etdi
11:29 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında gömrük məsələləri üzrə birgə komitənin yaradılması haqqında Anlaşma Memorandumunu təsdiq edib.

Trend-in məlumatına görə, memorandum 2015-ci il yanvarın 15-də Ankarada imzalanıb.

Birgə komitə tərəflər arasında gömrük işi sahəsində, o cümlədən gömrük nəzarətinin səmərəliliyini artırmaq və tərəflər arasında mallar və nəqliyyat vasitələrinə dair məlumatları ötürməklə gömrük prosedurlarını asanlaşdırmaq üçün layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı əlaqələndirəcək, əməkdaşlığın əsas sahələrini və istiqamətlərini müəyyən edəcək.

Komitənin iclasları növbə ilə Türkiyə və Azərbaycanda ildə bir dəfə keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2758507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR