Naibə Allahverdiyeva kövrəldi: "Hər şey yarımçıq qaldı" - FOTO

Naibə Allahverdiyeva kövrəldi: "Hər şey yarımçıq qaldı" - FOTO
11:37 24 May 2017
Ölkə mətbuatı
A- A+

Gənc Tamaşaçılar Teatrının aparıcı aktrisası, əməkdar artist Naibə Allahverdiyevanın səhhətindən xəbər var. O, bu haqda Milli.Az-a danışıb:

"Son illər yaşadığım əsəb və stresslər məni yaman günə qoydu. Elə bunun nəticəsidir ki, məni iki gündən bir xəstəxanaya yerləşdirirlər. Hazırda səhhətim normaldır və artıq dünən xəstəxanadan evə buraxılmışam.

Teatra da gedib tamaşalarımı oynayıram. Baxmayaraq ki, səhhətim o qədər də yaxşı deyil, amma tamaşaçılar qarşısına çıxanda mənə güc gəlir. Səhnədən ilham alaraq oynayıram. Bu günlərdə bir serialda da çəkildim, o da yarımçıq qaldı. Deyəsən, həyatda bəxtim gətirməyib".

Əli Rəhimoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/547765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR