Növbəti Bakı Ticarət Festivalında 500-dək ticarət obyektinin iştirakı gözlənilir

Növbəti Bakı Ticarət Festivalında 500-dək ticarət obyektinin iştirakı gözlənilir
11:37 24 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 may. REPORT.AZ/ Bakıda keçiriləcək növbəti ticarət festivalında 500-ə qədər ticarət obyektinin iştirak edəcəyi gözlənilir. "Report" xəbər verir ki, bunu Bakı Ticarət Festivalının (Baku Shopping Festival) yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Ə.Qarayevin sözlərinə görə, hər il aprel ayında digərlərinə nisbətən turist gəlişi azalır: "Amma festival çərçivəsində aprel ayında, mayın 10-na qədər turistlərin sayında 32% artım olub".
Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov isə deyib ki, növbəti festivalda bankların birbaşa iştirakı olmadan da ƏDV qaytarılacaq: "Festivalın son günləri banklarda sıxlıq yaranmışdır. Artıq proqramçılarımız işləyir, gələn festivaldan etibarən alıcılar xüsusi kod vasitəsi ilə bankların bankomatlarından da pul çıxara biləcəklər. Həm banklar və onların filiallarından, həm də bankomatlardan da ƏDV qaytarılacaq. Festival vaxtı 3 mindən çox xarici vətəndaşa ƏDV qaytarılıb".
Qeyd edək ki, növbəti şopinq festivalının bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.
İlk festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarma proqramına qoşulub. Festivalın "tax free" sistemi çərçivəsində 23 242 ədəd hesab-faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18,168 mln. manat təşkil edib və banklar alıcılara 1,8 mln. manat məbləğində ƏDV qaytarıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/novbeti-baki-ticaret-festivalinda-500-dek-ticaret-obyektinin-istiraki-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR