Bərdənin baş memarı vəzifəsindən azad olunub

Bərdənin baş memarı vəzifəsindən azad olunub
11:37 24 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 24 may. REPORT.AZ/ Bərdə Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.
“Report”un Qarabağ bürosunun məlumatına görə, RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Rəşid Salman oğlu Süleymanov tutduğu vəzifədən azad olunub.
RİH-in başçısı Vidadi İsayevin sərəncamı ilə həmin vəzifəyə Toğrul Fəxrəddin oğlu Şadlinski təyin edilib. T.Şadlinski bu fəzifəyə qədər Memarlıq və Tikinti şöbəsində aparıcı-məsləhətçi vəzifəsində calşıb.
Qeyd edək ki, R.Süleymanov səhhətində yaranmış probemlərə görə, öz ərizəsi ilə bu vəzifədən vəzifəsindən azad olunub. O, 2011-ci ildən bu vəzifədə çalışıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/berdenin-bas-memari-vezifesinden-azad-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR