"Atletiko"da 6 illik müqavilə

"Atletiko"da 6 illik müqavilə
11:42 24 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"nun aparıcı oyunçularından Koke karyerası ilə bağlı qərarını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İspan futbolçu Madrid klubunda qalacaq. Tərəflər arasında imzalanan yeni müqaviləyə əsasən, Koke 2024-cü ilin yayına qədər "Atletiko"nun formasını geyinəcək.

25 yaşlı futbolçu klubun rəsmi saytına verdiyi açıqlamada xoşbəxt olduğunu deyib: "Əlbəttə, xoşbəxtəm. "Atletiko" həyatımın klubudur. Bu klubun bir parçası olduğum üçün özümlə qürür duyuram".

Qeyd edək ki, Koke 8 yaşından "Atletiko"da çıxış edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR