Azərbaycan Türkiyə ilə üz-üzə

Azərbaycan Türkiyə ilə üz-üzə
11:57 24 May 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2018-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk oyununa çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fərid Cəlalovun yetirmələri startda Türkiyə voleybolçuları ilə üz-üzə gələcəklər.

Komandamızın "ay-ulduzlular"a qalib gələcəyi inandırıcı deyil. Çünki yer aldığımız A qrupunun iddialılarından olan qonşu ölkə təmsilçisi həm təcrübə, həm də reytinq baxımından komandamızı arxada qoyur.
 
A qrupu
24 may
 
17:00. Türkiyə - Azərbaycan
Hakimlər: Helio Ormonde (Portuqaliya), Milan Raykoviç (Xorvatiya)
 
Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev
 
Türkiyə: 1. Əmrə Batur, 2. Caner Pekşen, 4. Burak Güngör, 5. Hesen Yeşilbudak, 7. Gökhan Gökgöz, 9. Serhat Coşkun, 10. Aslan Ekşi, 11. Mert Matiç, 14. Samed Güneş, 16. Murat Yenipazar, 17. Caner Dengin, 18. İzzet Ünver, 19. Yiğit Gülmezoğlu, 20. Mustafa Koç
Lion, İdman Sarayı
 
Qeyd edək ki, digər rəqiblərimizdən qrup matçlarına ev sahibliyi edən Fransa İslandiya ilə, Almaniya isə Ukrayna ilə üz-üzə gələcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR